Göyçayda çobanın meyiti TAPILDI

 11:32 13.11.2024     278

Dünən Göyçayın Hacalıkənd kəndində ehtiyatsızlıqdan kanala yıxılan şəxsin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş sakini İlkin Bəhram oğlu Seyidovun meyiti bu gün aşkar edilib.

6 uşaq atası olan İ.Seyidov Göyçayın Qaraman kəndində çoban işləyirmiş. Onun dünən kanalın üzərindən keçən boru ilə qarşı tərəfə keçmək istəyərkən yıxılaraq suya düşdüyü bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.