Polis avtoqəzada həyatını İTİRDİ

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.