Tərtərdə polis nəfəri VƏFAT ETDİ

Tərtər rayonunda polis nəfəri xidməti tabeli silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.