Ağcabədidə qanunsuz ov edən şəxslər SAXLANILDI

 11:15 19.11.2024     289

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

Redaktor.az xəbər verir ki, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Vumart və Güvən reklamı Vumart Güvən