Vəfat edən hərbçimiz bu rayonda dəfn edildi - YENİLƏNİB

Bəhri Tağıyev Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kəndi qəbirstanlığında dəfn edilib.
***
Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!