53 yaşlı velosipedçini maşın VURDU

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində baş verib.
Seymur İsmayılov “Mercedes” markalı avtomobillə yolun əks hərəkət istiqamətində velosipedlə hərəkət edən Şəmsabad kənd sakini 1971-ci il təvəllüdlü Qalib Vahabovu vurub.
Ağır xəsarətlər alan velosipedçi xəstəxanada vəfat edib.
Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.