Kişi arvadını BIÇAQLADI

 12:30 22.11.2024     241

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayon sakini 1973-cü il təvəllüdlü S.Tahirov dünən axşam saatlarında həyat yoldaşı 1965-ci il təvəllüdlü R.Hüseynovanı bıçaqlayıb.

Evin yataq otağında əri tərəfindən bıçaqlanan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb. S.Tahirov saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən