Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ

Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Rahilə Əjdər qızı Qəhrəmanovanı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.