Zaqatalada 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ - YENİLƏNİB

 10:56 26.11.2024     118

Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

09:53

***

Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Zaqatala rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.