Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü TAPILDI

 11:40 26.11.2024     318

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

Redaktor.az report.az-a istinadla xəbər verir ki, evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən