Şəkidə mikroavtobusla minik maşını TOQQUŞDU

Şəkidə mikroavtobusla minik maşını toqquşub.
Redaktor.az apa.az-a istinadla istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində baş verib.
Kənd sakini Səməd Salammovun idarə etdiyi Şəki-Kiş kəndi marşutu ilə hərəkət edən mikroavtobusla 31 yaşlı Əfsər Qarayevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili toqquşub.
Qəzada VAZ-2106-nın sürücüsü xəsarət alıb.
Mikroavtobus sürücüsü və sərnişinlər arasında isə xəsarət alan olmayıb.
Faktla bağlı Şəki Rayon -Şəhər Polis Şöbəsində araşdırma aparılır.