BDU-nun 85 yaşlı əməkdaşını maşın VURDU

Bakıda, Yasamal rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, 1939-cu il təvəllüdlü Nurəddin Fərəcovu avtomobil vurub. O, təcili olaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Zərərçəkmiş şəxs Bakı Dövlət Universitetində mühəndis vəzifəsində çalışır (bakupost.az).