Biləsuvarda ağır qəza: Avtobus və "Kamaz" TOQQUŞDU

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Naxçıvandan gələn avtobusla "Kamaz" toqquşub.
İlkin məlumata görə, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.