Kürdəmirdə ağır yol qəzası - ÖLƏN VAR

 18:18 30.11.2024     294

Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən