Adanada təmizlik işçisinin nümunəvi hərəkəti alqış QAZANDI
Türkiyənin Adananın Kozan ilçəsində təmizlik işçisi, yandırılmış zibil konteynerindəki Türk bayrağını yanmaqdan xilas edərək nümunəvi addım atıb.
Redaktor.az xəbər verir ki, hadisə Kozanın Arslanpaşa məhəlləsində Fehmi Özel Türkay küçəsində baş verib.
Kozan Bələdiyyəsinin təmizlik işçisi konteynerdə yandırılmış zibillərin içində Türk bayrağını görərək onu dərhal götürüb.
İşçi, bu davranışa sərt reaksiya göstərərək deyib: "Zibil konteynerlərində atəş yandırmayaq və xalqımızın müqəddəs simvolu olan bayrağımızı zibilə atmayaq. Bu hərəkəti edənləri qınayırıq".
Kozan Bələdiyyə Başqan müavini Alev Ataş da hadisəyə reaksiya göstərərək deyib: "Bayrağımızı zibilə atan, hətta yandırmağa cəhd edənlər vicdan və insanlıqdan uzaqdır. Türk bayrağı bizim şərəfimizdir".
Seymur BƏNNAYEV