Famil Xəlilov ev dustaqlığına BURAXILDI

 15:55 03.12.2024     148

Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Famil Xəlilov bu il mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.