65 yaşlı kişi evində ölü TAPILDI

 20:38 03.12.2024     133

Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda qonşularının uzun müddət xəbər ala bilmədiyi 65 yaşlı Hikmət Çevik tək yaşadığı və tullantılarla dolu evində ölü halda tapılıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, Yalı Məhəlləsi Batı Karadeniz küçəsində yerləşən dörd mərtəbəli binanın ikinci mərtəbəsində tək yaşayan Çevikdən xəbər ala bilməyən qonşuları bu barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Bildiriş əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Ünvana çatan qruplar evdə tullantılar arasında Çevikin cansız bədənini aşkarlayıblar. İlkin araşdırmadan sonra meyit Karasu Dövlət Xəstəxanasının morquna aparılıb.

Çevikin ölüm səbəbi aparılacaq ekspertiza nəticəsində dəqiqləşdiriləcək. Hadisə ilə bağlı araşdırma başlanıb.

Türkan İSGƏNDƏRLİ 

2