Aptekə basqın edən şəxs SAXLANILDI
![](https://img.redaktor.az/news/2024/12/photo_262579.jpg?v=MTk6MjgyMDI0LTEyLTA0IDEwOjIyOjUy)
Aptekə basqın edən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.