Rüfət Səfərov bu maddələrlə ittiham OLUNUR
Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən məlumat Redaktor.az-a təsdiq edilib.
Məlumata görə, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Bununla bağlı araşdırma aparılır.
Rüfət Səfərova Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1-ci xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.
Bu barədə vəkili Cavad Cavadov məlumat verib. Vəkil qeyd edib ki, R. Səfərov şübhəli şəxs qismində tutulub.