Hacıqabulda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktorşaz "Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.