Yeddinci mərtəbədən yıxılan 15 yaşlı qız həyatını İTİRDİ
Türkiyənin Adıyaman şəhərində 7 mərtəbəli binanın terrasından yıxılan 15 yaşlı Azra Nisa A. xəstəxanada həyatını itirib.
Redaktor.az xəbər verir ki, hadisə Atatürk Bulvarı Dursun Çavuş Dairəsi yaxınlığında baş verib.
Əldə edilən məlumata görə, Azra Nisa A. binanın terrasında olarkən tarazlığını itirərək yerə düşüb. Ağır xəsarət alan qız təcili yardım əməkdaşları tərəfindən Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Azra Nisa A. xəstəxanada həyatını itirib. Mərhumun cənazəsi müvafiq prosedurlardan sonra xəstəxananın morquna yerləşdirilib. Hadisə ilə bağlı araşdırma davam edir.
Kənan YUSİF