Beyləqanda ata və 8 yaşlı oğlu qəzada ÖLDÜ

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun sürdüyü “QAZ 33 0210” toqquşub.
Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə olan 8 yaşlı oğlu Rəvan isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Digər sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.