Astarada qatar 34 yaşlı kişini vurdu - Ayağı amputasiya OLUNDU

 09:41 07.12.2024     251

Astarada piyadanı qatar vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata alınıb.

M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).