Sumqayıtda avtomobil piyadanı vurdu

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Sülh prospektində baş verib.
Yolu keçmək istəyən piyada,1966-cı il təvəllüdlü Yaşar Həsən oğlu Əhmədovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.