Bir yaşlı uşaq qıcolmadan ÖLDÜ

 10:15 09.12.2024     180

Dekabrın 8-də Kürdəmir rayonunda 1 yaşlı uşaq vəfat edib.

Redaktor.az xəbər verir ki, saat 13 radələrində 2023-cü il təvəllüdlü Ö.Məlikməmmədov yaşadığı Şüşün kəndindəki evdə dünyasını dəyişib.

Epilepsiya xəstəliyindən əziyyət çəkən körpənin qıcolmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.