Əməliyyat zamanı qarnında unudulan cərrah qayçısı 7 il sonra tapıldı – FOTO
Türkiyənin Kahramanmaraş şəhərində baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 36 yaşlı Fatma Qala həyatının şokunu yaşayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, onun qarnında 16 santimetr uzunluğunda cərrah qayçısı aşkarlanıb. Yeddi il öncə keçirdiyi əməliyyat zamanı qarnında unudulan qayçıya görə, Fatma Qala təəccünü gizlədə bilməyib. Hadisədən sonra o, həkimdən hüquq-mühafizə orqanlarına şikayət edib.
Maraqlısı isə odur ki, onun qarnındakı əşyadan şübhələnən həkimlər Fatmanı yeddi il öncə əməliyyat edən həkimin yanına göndəriblər. Həkim Koray Ş. müayinə zamanı qadının qarnında cərrah qayçısını unutduğunu özü aşkar edib. Təcili əməliyyat edilən qadının qarnından həmin cərrah qayçısı çıxarılıb. Onun şikayətindən sonra prokurorluq həkimə cinayət işi açıb.
Vasif ƏLİHÜSEYN