Bakı metrosunda usta ÖLDÜ

 13:00 14.12.2024     391

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Redaktor.az-a bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.

“İş vaxtı bitirərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”.

Vumart və Güvən reklamı Vumart Güvən