Qəzaya düşən ANAMA əməkdaşı vəfat ETDİ
Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
Redaktor.az xəbər verir ki, M.Qasımov bu gün xəstəxanada dünyasını dəyişib.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. B. Ramizin vəziyyəti ağır qiymətləndirilir.