Gənc qadın ərini bıçaqladı

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.