Ucarda 5 yaşlı uşaq hovuzda BOĞULDU

Ucar rayonunda 5 yaşlı uşaq hovuzda boğulub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb.
Araşdırma aparılır.