Dələduzluqda ittiham olunan direktor ev dustaqlığına BURAXILDI

 10:38 16.12.2024     349

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Həvvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.

Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

Hazırda onun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. 

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi (Qafqazinfo). 

Vumart və Güvən reklamı Vumart Güvən