Göygöldə avtomobil aşdı, ölən və xəsarət alanlar var

Göygöl rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, "VAZ-21021" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1997-ci il təvəllüdlü Haxoy Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.
Daha iki nəfər - 1982-ci il təvəllüdlü Rövşən Rəhimov və 1992-ci il təvəllüdlü Orxan Nəcəfov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.