Sumqayıtda yaşayış binasında yanğın baş VERDİ

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.
Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.
Faktla bağlı araşdırma aparılır.