Məşhur repçi həbs EDİLDİ
Türkiyəli reper və söz yazarı Ekin Can Arslan, kliplərində narkotik maddə istifadəsini təşviq etdiyi və ictimai təhlükəsizliyi təhdid etdiyi iddiası ilə İstanbuldakı evində saxlanılıb.
Redaktor.az xəbər verir ki, Ataşehir rayonunda keçirilən əməliyyat zamanı onun evindən 2,35 qram "skank" və bir elektron tərəzi aşkarlanıb.
Arslan çıxarıldığı məhkəmənin qərarı ilə həbs olunub.
Qeyd edək ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbə İdarəsi əməkdaşları 4 oktyabrda rəqəmsal və sosial media platformalarında yayımlanan videokliplərlə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində “Sansar Salvo” adından istifadə edən Ekin Can Arslanın narkotik maddə istifadəsini təşviq etdiyi müəyyən edilib.
Dərhal başlanılan istintaq çərçivəsində reperin saxlanılması üçün əməliyyat təşkil edilib. Şübhəli Ataşehirdə yaxalanıb, evində aparılan axtarış zamanı isə narkotik vasitələr və elektron tərəzi ələ keçirilib. Bundan əlavə, Arslanın daha əvvəl müxtəlif cinayətlərdən 10 dəfə hüquq-mühafizə orqanlarında qeydə alındığı müəyyən olunub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Seymur BƏNNAYEV