Ər-arvad dəm qazından zəhərləndi - Ölən VAR

Beyləqanda dəm qazından ölüm hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, rayon sakini 1966-cı il təvəllüdlü Bakir Məmmədov yaşadığı Bünyadlı kəndindəki evdə dəm qazından zəhərlənərək ölüb. Onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.