Gəncədə sursat partladı - Şəhid atası vəfat etdi - FOTO

Gəncədə partlayış baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, sursatın partlaması nəticəsində 1974-cü il təvəllüdlü Asif Tağıyev həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Həlak olan Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.