Ağsuda faciə: Külək darvazanı kişinin üstünə AŞIRDI

Ağsu rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, güclü külək rayondakı fərdi yaşayış evinin darvazasını aşırıb. Nəticədə 1971-ci il təvəllüdlü Kərimov Nazim Lazım oğlu dəmir darvazanın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo.az).