Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.