Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatdı - YENİLƏNİB

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb.
Redaktor.az APA-ya istinadən xəbər verir.
12:27
***
"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub".
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir.
11:45
***
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
əhərləndiyi bildirilir.