Goranboyda iki qadın dəm qazından BOĞULDU
Goranboy rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb.
Yerli sakinlər Sevil Səlimova (1979) və Xumar Səlimova (1972) dəm qazından boğularaq ölüb.
Məlumata görə, onlar əmiqızı olublar. Sevil Səlimova Xumar Səlimovanın evində qonaq olub.
Faktla bağlı araşdırma aparılır.