Göygöldə Türkiyə vətəndaşı öldü

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
Redaktor.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb (report.az).