Qayınatasının evində meyiti TAPILDI

 09:15 22.12.2024     68

Goranboy rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakini 40 yaşlı Asəf Məmmədov qayınatasının evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən tapılıb. 

Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma başlanılıb (Qafqazinfo).