Kəlbəcərdə avtomobil aşdı: Ölən VAR

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az "Report"-a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.