Xaçmazda 53 yaşlı qadının meyiti tapıldı

Xaçmaz rayonunda qadın meyiti tapılıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.
Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.