Şirkət maşınından 127 min aparan üçüncü şəxs də TUTULDU

 10:26 23.12.2024     111

Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, quldurluğa məruz qalmış avtomobil “Linkoil” MMC-yə məxsus olub.

Şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparan qrupun digər üzvü, 1981-ci il təvəllüdlü Sumqayıt sakini Namiq Məhəmməd oğlu Pirməmmədov keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.

Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu (Qafqazinfo).