Azərbaycanda kütləvi zəhərlənmə: 8 tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ

 17:24 24.12.2024     161

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az bu barədə APA-ya istinadən xəbər verir.

Rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Qeyd edək ki, oktyabr ayında da Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər dönərdən zəhərlənib.