AZAL-ın qəzaya uğrayan sərnişin təyyarəsində sağ qalanlar var - YENİLƏNİB
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Redaktor.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.
11:38
"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub".
Bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
11:35
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Redaktor.az xəbər verir ki, “Kazinform”a istinadən verdiyi məlumata görə, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.
Bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.