Təyyarə qəzasından sonra xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı - YENİLƏNİB

 12:59 25.12.2024     462

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə sanitar aviasiya təyyarəsi uçur.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.

***

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Xəsarət alanlardan 3-ü uşaqdır.

***

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Qazaxıstan FHN məlumatı təsdiqləyib.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.

"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.

Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.

Sərnişinlərin siyahısı dəqiqləşdirilir.