Aktauda qəzaya uğrayan təyyarədə 67 nəfər olub - Qazaxıstan FHN

 13:59 25.12.2024     310

Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər olub.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.

"İlkin məlumata görə, təyyarədə 67 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub", - o qeyd edib.