Həlak olanlardan biri tələbə imiş

 23:59 25.12.2024     146

Bu gün Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan Mahmud Tutunçiyev tələbə imiş.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat paylaşıb.

Belə ki, 20 yaşlı mərhum Bakı Avrasiya Universitetinin tələbəsi olub.

Məlumata görə, Mahmud evin tək uşağıdır.